TOP 10

“Qəbələ” bir futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

Futbol
Tarix: 2018-05-17 11:59

“Qəbələ” hollandiyalı futbolçu Dion Malon ilə yollarını ayırıb. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıaşma ilə xitam verilib.

2017-ci yayından komandada çıxış edən legioner 2017-2018-ci illər mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. Dion “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 21 oyun keçirib. Topaz Premyer Liqasında 18 matça çıxan hollandiyalı UEFA Avropa Liqasında 3 oyunda iştirak edib.


“Qəbələ” İdman Klubu Dion Malona “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

24 May 2018
23 May 2018
B.eÇ.aÇC.aCŞB