TOP 10

“Qarabağ”ın futbolçusu Messiyə qarşı oynamaqdan imtina etdi: 4200 dollara görə

Futbol
Tarix: 2018-05-17 10:34

“Qarabağ”ın Haiti millisinin də üzvü olan futbolçusu Donald Gerye mayın 29-da Argentinaya qarşı keçirəcəkləri yoldaşlıq görüşündə iştirak etməyəcək. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi özü bundan imtina edib.

 

Gerye yerli mətbuata açıqlamasında bunun səbəbini də açıqlayıb: “Niyə bu siyahıda olmadığım bəllidi. Hər şey öncədən planlaşdırılıb. Mən Haiti Futbol Federasiyasının rəhbərliyi ilə danışdım. Mənə dedilər ki, mayın 29-u yoldaşlıq görüşü olacaq. Onlara dedim ki, gələ bilməyəcəm. Çünki məzuniyyətimi planlaşdırmışam və oteldə 6 ailə üzvü üçün otaq "bron" etmişəm. 3 gün ərzində Mayamidə 1400 dollar, bir həftə ərzində “Dekameronda” 2 min dollar, 2 gün də “Royal Oasis”də 800 dollar vermişəm. Həm də bacımın uşağı dünyaya gəlib və onu ziyarət etməliyəm. Klubum Çempionlar Liqasında oynayacağı üçün cəmi 8 gün məzuniyyətim var. “Qarabağ” son oyununu 21 mayda oynayacaq. Hesab edirəm ki, 3 həftə Avstriyada hazırlıq keçəcəyik. Ən geci iyunun 1-də klubun düşərgəsində olmalıyam. Mayın 22-də Argentinaya getmək və 30-u qayıtmaq çətin olardı. Həm də ailəm üçün çox darıxmışam. Başa düşmürəm burda nə anlaşılmazlıq var”.

17 Iyul 2018
16 Iyul 2018
B.eÇ.aÇC.aCŞB