TOP 10

Sadıqov Almeydanın çox ciddi təkliflər aldığını açıqladı: "Azərbaycana güclü legionerlər gəlmirlər, vallah gəlmirlər"

Futbol
Tarix: 2018-05-16 22:00

"Almeydaya çox ciddi təkliflər var. Bir-iki komandadan deyil. O, özü belə qərara gələ bilməyib". Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov bildirib. 36 yaşlı müdafiəçiylə 6 il Ağdam klubunda çiyin-çiyinə oynayan, millimizdə də artıq komanda yoldaşı olan braziliyalı yarımmüdafiəçi Riçard Almeyda getmək üzrədi. 

 

Sadıqov 29 yaşlı milliləşdirilən legionerin müqavilə müddətinin sonuna kimi can-başla mübarizə apardığını söyləyib: "Yeni təklif var deyə özünü zədədən qorumadı. Riçard mənim üçün dostdu. Onun oyununa baxanda həmşə həyəcanlanacam. Çox istərdim ki, bundan sonra da uğurlu olsun".

 

“Qarabağ”dan gedənlər çoxdu və Saqıqov komandanı yenidən qurmağın çətin olacağını gizlətmir: "Əlbəttə, çətin olacaq. Bir neçə il idi ki, komanda bir yerdə oynayırdı, komplektləşmişdi. Bizim üçün ən çətin transfer dönəmi olacaq. Yaxşı futbolçu tapmaq çətindi. Bizə deyirlər ki, niyə güclü futbolçu transfer etmirsiz? Gəlmirlər, vallah gəlmirlər. Baxırlar ki, çempionatda 8 komanda var. 4-5-i süni örtükdə oynayır, azarkeş sayı azdı. Bizi ehtiyat varinar kimi 2-ci, 3-cü planda saxlayırlar ki, digərləri alınmasa, bura gəlsinlər". 

 

CEYHUN ƏLİYEV

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB