TOP 10

Final matçının simvolik bileti AFFA prezidentinə təqdim olundu

Futbol
Tarix: 2018-05-17 00:20

Bu gün Fransanın Lion şəhərindəki “Stade de Lyon” stadionunda “Marsel” (Fransa) – “Atletiko” (İspaniya) komandaları arasında keçirilən UEFA Avropa Liqası turnirinin 2017/18 mövsümünün final oyunundan öncə arenada UEFA-nın prezidenti Aleksander Çeferin UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyununun ilk simvolik biletini AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib. Sport24.az xəbər verir ki, simvolik biletin təqdimatında UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.


Xatırladaq ki, UEFA Avropa Liqasının 2018/19 mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.


 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB