TOP 10

Rəşad Sadıqov məğlubiyyətin əsas səbəbini açıqladı: "Əksər futbolçulardan razı qaldım"

Futbol
Tarix: 2018-05-16 21:40

Azərbaycan və Gürcüstanın 20 yaşlılardan ibarət milli komandaları arasında “Dalğa Arena”da baş tutan və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatan yoxlama görüşündən sonra gənclərimizin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis yetirmələrindən razı qaldığını bildirib.

 

-    Düşünürəm ki, maraqlı, sürətli oyun izlədik. Yetərincə qol epizodları oldu, hər iki komanda kombinasiyalı futbol sərgilədi. Düşündüyümüz bir çox şeylər alındı. Ancaq xırda səhvlərə yol verdik və nəinki qələbə, heç bərabərliyi də qoruya bilmədik.

 

-    Yığmamız qol vurtduqdan sonra sanki oyunda eniş yaşandı. Xüsusilə, bərabərlik qolundan sonra...
-    Qol buraxdıqdan sonra istənilən komandada 3-5 dəqiqə eniş müşahidə olunur. Bu da baş verdi.

 

-    Matçda əvəzetmələr limitsiz idi. Rəqib də demək olar ki, fasilədən sonra demək olar yeni heyətlə oynadı. Bu, nəticəyə nə dərəcədə təsir etdi?
-    İkitərəfli razılaşmaya görə əvəzetmə limitsiz idi. Mən də yetərincə əvəzetməyə əl atdım. Başa düşürdüm ki, çoxsaylı əvəzetmələr oyuna təsirini göstərəcək. Ancaq mənim də öz planlarım var idi.

 

-    Özancan Kökçü, Ziya Əzizov kimi futbolçular növbəti yoxlama oyununa qədər qalacaqlarmı?
-    Onların 18-i və 19-da çempionatda oyunları var. Ümumiyyətlə, yığma ayın 21-dək buraxılacaq. Bundan sonra yeni heyət çağırılacaq.

 

-    Kökçünün fasilədən sonra oyuna daxil edilməsində məqsəd nə idi?
-    Kamalı yoxlamaq istəyirdim.

 

-    Rusiya səfəriniz nə ilə bağlı idi?
-    Kamranı ilk dəfə heyətə dəvət etdim. Ümumiyyətlə, bu cür səfərlər çox olacaq. Bir çox ölkələrə səfər edib, potensial yığma üzvlərini izləyib komandamıza cəlb etməyə çalışacam.

 

-    Futbolçulardan daha çox kimi fərqləndirə bilərsiniz?
-    Əksər oyunçulardan razı qaldım. Bəzilərindən daha çox, digərlərində bir qədər az. Amma indi xüsusi kimisə qeyd etmək istəmirəm.  
 

CEYHUN ƏLİYEV

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB