TOP 10

Georgi Lomaya yenidən Bakıda

Futbol
Tarix: 2018-05-16 19:11

Gürcüstanın U-20 yığmasının heyətində Bakıya tanış sima gəlib. Sport24.az xəbər verir ki, bu, rəqibin məşqçilər korpusunda yer alana Georgi Lomayadı.

 

39 yaşlı Lomaya yığmada qapıçılarla işləyən məşqçi vəzifəsində çalışır. O, Rəşad Sadıqovun baş məşqçisi olduğu Azərbaycanın U-20 yığmasıyla az sonra "Dalğa Arena"da başlayacaq yoldaşlıq görüşünün iştirakçısı olacaq. Sadıqovun matçdan öncə Lomaya ilə səmimi görüşməsi diqqət çəkib. 

 

Qeyd edək, Lomaya 7 il oynadığı "İnter"in (hazırkı "Keşlə"nin) heyətində Azərbaycan çempionu olub. O, "Dalğa Arena"da avrokubok matçlarında qapıçı kimi təmsilçimizin şərəfini qoruyub. Georgi futbolçu karyerasını 2016-cı ildə Tiflis "Dinamo"sunda bitirib. 

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB