TOP 10

Bundesliqa klubu baş məşqçisiz qaldı

Dünya Futbolu
Tarix: 2018-05-16 18:05

Almaniyanın “Leyptsiq” klubu baş məşqçisiz qalıb. Sport24.az xəbər verir ki, Ralf Hazenhyüttl Bundesliqa təmsilçisi ilə yollarını ayırmağa qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Məlumatda bildirilir ki, klub rəhbərliyi 50 yaşlı mütəxəssislə yollarını davam etdirməkdə maraqlı olub. Lakin Hazenhyüttl onların qarşısında elə şərtlər qoyub ki, bu da rəhbərliyi qane etməyib. Nəticədə, tərəflər yolları ayırmaq qərarına gəliblər.


Avstriyalı mütəxəssis “Leyptsiq”i 2016-cı ilin yayından çalışdırırdı.
 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB