TOP 10

“Neftçi”nin “Kəpəz”lə 51-ci dueldə 24-cü qələbə arzusu

Futbol
Tarix: 2018-05-16 16:37

“Neftçi” mayın 20-də Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Kəpəz”lə qarşılaşacaq. Sport24.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçiriləcək oyun saat 17:15-də start götürəcək. 


Paytaxt klubu müstəqillik dövründə bu komanda ilə indiyədək 50 çempionat oyununda üz-üzə gəlib. Bu görüşlərdən 23-də qələbə qazanan bakılılar 18-də məğlub olub, 9 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi də "Neftçi”nin xeyrinədi – 71:45.


Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, Bakıda keçirilən ilk oyunda qalib müəyyənləşməsə də (0:0), Gəncə şəhər stadionunda Ruslan Abışovun qolu sayəsində "Neftçi” qələbə qazanıb – 1:0. 8-ci km stadionunda keçirilmiş üçüncü dövrə matçında da 1:0 hesablı qələbə qeydə alınıb. “Neftçi”nin qələbə qoluna Mirabdulla Abbasov imza atıb.

22 May 2018
21 May 2018
B.eÇ.aÇC.aCŞB