TOP 10

AFFA daha 2 komandaya texniki məğlubiyyət verdi

Futbol
Tarix: 2018-05-16 13:15

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:


U-16 qızlar Liqasının ŞKGB – "Fidan" matçında ŞKGB komandasının heyətində yaş limiti pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.


Yüksək qızlar Liqasının, "Veqa" – "Qubek" matçının 62-ci dəqiqəsində “Qubek”in futbolçusu Leyli Qurbanova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 62-ci dəqiqəsində “Veqa”nın futbolçusu Gülnarə Əzizova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.


Futzal üzrə Yüksək Liqanın “Xəmsə” – “Araz” matçında "Xəmsə" komandası iştirak etmədiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.


Region Liqasının “Sağan” – “Uğur” matçının 81-ci dəqiqəsində “Şağan”ın futbolçusu Fərhad İsgəndərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


U-15 Liqasının “Vətən” – “Zirə” matçı başa çatdıqdan sonra "Vətən"in baş məşqçisi İlqar Əliyev təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. “Zirə”nin baş məşqçisi Cəfər Hüseynov oyunun hakimini təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.


U-15 Liqasının “Viləş” – “Qarabağ” matçının 31-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Cavidan İzzətli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

22 May 2018
21 May 2018
B.eÇ.aÇC.aCŞB