TOP 10

Millimizlə oyunlar ərəfəsində baş məşqçi müəmması

Futbol
Tarix: 2018-05-16 13:00

Makedoniyanın U-21 yığmasının Azərbaycan U-20 millisiylə Bakıdakı yoldaşlıq görüşləri ərəfəsində baş məşqçisiylə bağlı qeyri-müəyəynlik yaranıb. Sport24.az xəbər verir ki, hazırkı baş məşqçi Blaqoy Milesvki missiyasını başa vurub.

 

O, 4 ildir çalışdırdığı bu yığmanı ötən yay Polşada keçirilən final mərhələsinə çıxarmaqla adını Makedoniya futbol tarixinə qızıl hərflərlə yazdırıb. Millidəki fəaliyyətini başa vurmağı qərara alan məşqçi karyerasını klubda davam etdirməyi qərara alıb. Belə ki, Milevski vaxtilə 3 mövsüm futbolçu kimi çıxış etdiyi İsrailin yüksək liqa təmsilçisiylə artıq müqavilə imzalayıb. O, millidən gedişini belə izah edib: "Hiss edirəm ki, karyeramda yeni mərhələ lazımdı. Əvvəl 2 təklifim vardı, ancaq onlardan imtina etdim. İndi məndə belə hissiyyat var ki, burda maksimuma nail olmuşam". 

 

Yaydakı seçmə mərhələ oyunlarından azad olan Makedoniya U-21-i Bakıya Milsevkisiz də gələ bilər. Belə ki, Makedoniya Futbol Federasiyasının ölkəmizə səfərədək yeni baş məşqçi təyin edəcəyi istisna olunmur. Bu, reallaşarsa, yeni çalışdırıcısı məhz paytaxtımızda debüt edəcək. 

 

Qeyd edək ki, Azərbaycan Makedoniya ilə mayın 24-də və 27-də "Dalğa Arena"da üzləşəcək. 

16 Iyul 2018
15 Iyul 2018
B.eÇ.aÇC.aCŞB