TOP 10

AFFA-dan 4 kluba 1400 manatlıq cərimə

Futbol
Tarix: 2018-05-16 12:32

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:


“Sumqayıt” - “Qəbələ” matçının 82-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Faiq Hacıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.


“Keşlə” – “Qarabağ” matçında “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.


“Neftçi” – “Səbail” matçının 79-cu dəqiqəsində “Səbail”in futbolçusu Xaliq İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 800 manat cərimə olunub.


“Zirə” – “Kəpəz” matçının 88-ci dəqiqəsində “Zirə”nin futbolçusu Kənan Zülfiqarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB