TOP 10

Yığmamızın futbolçusu baş məşqçisiz qaldı

Dünya Futbolu
Tarix: 2018-05-15 21:00

Türkiyə Super Liqasının 33-cü turunda aşağı liqaya düşməsi rəsmiləşən “Gənclərbirliyi” baş məşqçisi Ümit Özatla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Ankara təmsilçisinin prezidenti Murat Cavcav Türkiyə mətbuatına açıqlamasında məlumat verib. O, Özatla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini deyib.


Komandanı Super Liqanın son turu çərçivəsində baş tutacaq “Bursaspor”la oyuna klubun aşağı yaş qruplarında çalışan məşqçi Sezai Yıldırım hazırlaşdıracaq.


2016-cı ildən “qırmızı-qaralar”ı çalışdıran Ümit Özat, 2017/18 mövsümünün əvvəlində, ardıcıl 3 oyunda cəmi 1 xal qazanmasının ardından istefaya göndərilmiş, 12-ci turdan sonra yenidən komandanın “sükanı arxasına” keçmişdi.


Qeyd edək ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmaz da “Gənclərbirliyi”ndə çıxış edir.

17 Iyul 2018
16 Iyul 2018
B.eÇ.aÇC.aCŞB