TOP 10

PFL mükafatlandırma gününü açıqlandı 

Futbol
Tarix: 2018-05-15 15:42

Topaz Premyer Liqasında və klubların əvəzedici heyətlərinin yarışında 2017/18 mövsümü finişə yaxınlaşır. Sport24.az xəbər verir ki, sonuncu, 28-ci turun oyunlarından sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimləri təşkil olunacaq.


19 may (şənbə)


Əvəzedici heyətlərin yarışında “Bayıl Arena”da keçiriləcək “Səbail” – “Keşlə” oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunacaq. Bu vaxt əvəzedici heyətlərin qalibi və medalçıları mükafatlandırılacaq. Eyni zamanda, I Divizionda və əvəzedici heyətlərin yarışında bombardir olan futbolçuya xüsusi mükafat təqdim ediləcək.


21 may (bazar ertəsi)


Topaz Premyer Liqasında, “Azersun Arena”da keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşündən sonra mükafatlandırma mərasimi baş tutacaq. Bu zaman Topaz Premyer Liqasının çempionu “Qarabağ” və digər medalçılar mükafatlandırılacaq. Eləcə də Topaz Premyer Liqasının bombardirinə xüsusi hədiyyə veriləcək.
 

22 May 2018
21 May 2018
B.eÇ.aÇC.aCŞB