TOP 10

Elşad Əhmədov: “Bu, artıq genişmiqyaslı məsələdi”

Futbol
Tarix: 2018-05-15 15:19

Klub rəhbərliyi ilə dünən görüşdüm. “Sabah”ın “sükanı arxası”na keçməyi təklif etdilər. Söhbətimiz ətraflı olmadı. Təkliflərinə müsbət rəy bildirdim”.

 

Bu sözləri Sport24.az-a açıqlamasında I Divizionda “Xəzər”ə çempionluq yaşadan Elşad Əhmədov deyib.

 

“Sabah”la ortaq məxrəcə gələn mütəxəssis rəsmi sənədə imza atmadığını bildirdi: “Hələ ki, rəsmi müqavilə imzalamamışıq. Klub rəhbərliyi ilə yenidən görüşümüz olacaq”.

 

Əhmədov sabiq komandası – “Xəzər”dən futbolçu transfer etməyi planlaşdırıb-planlaşdırmadığına da aydınlıq gətirdi: “Belə bir düşüncəm var. Yəqin ki, 3-4 futbolçunu “Sabah”ın sıralarına qatacağıq. Ancaq rəhbərliklə müzakirələrdən öncə əminliklə konkret söz deməkdə çətinlik çəkirəm”.

 

Sonda həmsöhbətimizdən komandanın hədəfləri və planları barədə də soruşduq: “Bu, artıq genişmiqyaslı məsələdi. Klub strategiyası müəyyənləşməlidi. Əlbəttə ki, Premyer Liqa I Divizionla müqayisə oluna bilməz. Klubun hədəflərinə dair rəhbərliklə söhbətimiz, müzakirələrimiz olacaq. Bundan sonra qaldırdığınız məsələlər ətrafında geniş informasiya verə bilərəm”.
 

CEYHUN ƏLİYEV

19 Noyabr 2018
18 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB