TOP 10

FİFA referisi həbs olundu

Dünya Futbolu
Tarix: 2018-05-15 14:51

Səudiyyə Ərəbistanının futbol federasiyası hakim Fahad Əl-Mirdasini ömürlük cəzalandırıb. Sport24.az xəbər verir ki, Fahad danışılmış oyunlarda iştirakda ittiham edilib. 


O, mayın 12-də keçirilən ölkə kubokunun final qarşılaşmasına təyinat alıb. Ancaq hakim mayın 11-də finalda oynayacaq komandalardan biri ilə əlaqə saxlayaraq, onlardan mükafat tələb edib. Klub rəhbərliyi məsələ ilə bağlı federasiyanı məlumatlandırıb.


Federasiya isə hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə Fahad Əl-Mirdasi həbs olunub. 


Qeyd edək ki, o, DÇ-2018-i idarə edəcək hakimlərin siyahısına daxil edilmişdi. Fahad ötən il Konfederasiyalar Kubokunda da iş başında olmuşdu.
 

16 Avqust 2018
15 Avqust 2018
B.eÇ.aÇC.aCŞB