TOP 10

Elşad Əhmədov Premyer Liqa təmsilçisinin baş məşqçisi təyin olundu

Futbol
Tarix: 2018-05-15 13:15

Sona çatan mövsümün 2-ci yarısında “Neftçi”nin əvəzedici heyətindən ayrılaraq “Xəzər”in “sükanı arxası”na keçən və komandanı I Divizionun çempionu etməyi bacaran Elşad Əhmədovun yeni iş yeri müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, mütəxəssis Divizionda 5-ci yeri tutmasına rəğmən, Lisenziyalaşdırma sənədlərini tam təqdim etməyi bacaran yeganə klub olmuş və bu səbəbdən də növbəti mövsüm Topaz Premyer Liqasında mübarizə aparmaq hüququ əldə edən “Sabah”ın baş məşqçisi təyin olunub.

 

Qeyd edək ki, bunadək “Sabah”ın “sükanı arxası”nda Arif Əsədov dayanırdı. 

 

Əlavə edək ki, bu barədə informasiyanı ilk olaraq azersport.com saytı yayıb.
 

16 Oktyabr 2018
15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB