TOP 10

UEFA və AFFA-dan “Keşlə”yə yaşıl işıq

Futbol
Tarix: 2018-05-15 12:43

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda 2018/19 mövsümündə UEFA-nın klub turnirlərində iştirak etmək üçün müraciət etmiş “Keşlə”nin sənədlərinə baxılıb.


Məlum olduğu kimi, AFFA “Keşlə”yə istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət etmişdi. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub və UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, “Keşlə” 2018/19 mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdi.


AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra qərara alıb:


UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Keşlə”yə lisenziya verilsin.

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB