TOP 10

Kosta-Rikanın da DÇ-2018 üçün heyəti açıqlandı

Dünya Futbolu
Tarix: 2018-05-15 12:29

Bu yay Rusiyada təşkil olunacaq dünya çempionatının daha bir iştirakçısı mundiala üçün yekun heyətini açıqlayıb. Sport24.az xəbər verir ki, söhbət Kosta-Rika millisindən gedir.


Belə ki, Kosta-Rika Futbol Federasiyası bu ölkə yığmasının DÇ-2018-ə aşağıdakı 23 futbolçu ilə yollanacağını açıqlayıb:


Qapıçılar: Keylos Navas, Patrik Pemberton, Leonel Moreyra;


Müdafiəçilər: Kristian Qamboa, Yan Smit, Ronald Matarrita, Brayan Ovyedo, Oskar Duarte, Cankarlo Qonsales, Fransisko Kalvo, Kendall Uoston, Conni Akosta;


Yarımmüdafiəçilər: David Qusman, Eltsin Teheda, Selso Borxes, Rendall Asofeyfa, Rodni Uolles, Brayan Ruis, Daniel Kolindres, Kristian Bolanyos;


Hücumçular: Yohan Veneqas, Joel Kempbell, Marko Urenya.


Qeyd edək ki, Kosta-Rika iyunun 14-də start götürəcək DÇ-də Serbiya, Braziliya və İsveçrə ilə bir qrupda mübarizə aparacaq.

16 Avqust 2018
15 Avqust 2018
B.eÇ.aÇC.aCŞB