TOP 10

Sportnet.az 4 yaşında!

Futbol
Tarix: 2018-05-15 10:40

Bu gün Sportnet.az saytının rəsmən fəaliyyətə başlamasından 4 il ötür. Sport24.az xəbər verir ki, 2014-cü il mayın 15-də İdman Araşdırmalar Mərkəzinin layihəsi kimi oxucularla görüşə gələn sayt bütün idman növləri üzrə ölkədə və dünyada baş verən mühüm olaylar barədə xəbərlər, reportajlar hazırlayır, müxtəlif mövzularda müsahibələr, araşdırmalar, təhlillər təqdim edir. 

 

4-cü ildönümü ərəfəsində Sportnet.az-ın mobil versiyası istifadəyə verilib. 

 

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları, "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, "Formula 1" üzrə Azərbaycan Qran Prisi, eləcə də futbol üzrə Avropa və dünya çempionatları, Azərbaycan idmançılarının və komandalarının nüfuzlu yarışlardakı çıxışları daim diqqət mərkəzimizdə saxlanılır. 

 

Hazırda Sportnet.az xəbərlərinin operativliyi baxımından idman saytları arasında öncül mövqelərdə qərarlaşıb. Geniş oxucu kütləsinə malik olmağının əsas səbəbi də məhz operativlik və dəqiqliyi pioritet seçməyidi. 

 

Bunun nəticəsidir ki, 2016-cı ildə Sportnet.az Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən ilin idman saytı seçilib, əməkdaşları müxtəlif mükafatlara, o cümlədən, Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb. 

 

Sport24.az kollektivi bu xoş gün münasibətilə Sportnet.az-ı təbrik edir, yaradıcılıq uğurları arzulayır. 

 

19 Noyabr 2018
18 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB