TOP 10

Super Liqanı tərk edəcək son klub da bəlli oldu

Dünya Futbolu
Tarix: 2018-05-15 11:22

Futbol üzrə Türkiyə Super Liqasını tərk edəcək üçüncü klubun da adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, “Osmanlıspor” elita ilə vidalaşmaq məcburiyyətində qalıb. 


Buna Super Liqanın 33-cü turunda “Akhisarspor”un səfədə “Kayserispor”u 2:1 hesabıyla məğlub etməsi səbəb olub. Bu nəticədən sonra xal ehtiyatını 39-a çatdıran “Akhisarspor” elitada qalmağı təmin edib. Nəticədə 33 xalı olan “Osmanlıspor”un sona bir tur qalmış heç bir şansı qalmayıb.


Qeyd edək ki, “Osmanlıspor” üç mövsüm idi Super Liqada mübarizə aparırdı. Paytaxt klubundan öncə “Karabükspor”la “Gənclərbirliyi” TFF 1-ci liqaya düşmüşdü.
 

24 May 2018
23 May 2018
B.eÇ.aÇC.aCŞB