TOP 10

“Slaviya”dan Muradovsuz növbəti məğlubiyyət

Futbol
Tarix: 2018-05-15 10:22

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi bu dəfə doğma meydanda “Dinamo Çeske” ilə qarşılaşıb.

Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.


Rövlan bu görüşün iştirakçısı olmayıb. Zədəli olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.


“Slaviya” hazırda 9 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.
 

16 Avqust 2018
15 Avqust 2018
B.eÇ.aÇC.aCŞB