TOP 10

Geryenin Polşaya qayıtması söhbətindən xəbəri yoxdu, "Qarabağ"dakı taleyini də bilmir

Futbol
Tarix: 2018-05-14 18:29

"Qarabağ"ın futbolçusu Donald Gerye yenidən Polşada legioner həyatı yaşaması ilə bağlı xəbərlərə münasibət bildirib. Haiti millisinin üzvü Sport24.az-a açıqlamasında Polşa mətbuatında yazılanların həqiqətə uyğun olmadığını bildirib.

 

Onun sözlərinə görə, ümumiyyətlə, gələcək karyerasıyla bağlı hələ bir şey bilinmir: "Polsa klubu ilə baglı söhbətlərdən xəbərim yoxdu. Yəni onlarla heç bir söhbət olmayıb. "Qarabağ"da qalib-qalmayacagımı da bilmirəm".

 

Donald 2013-2016-cı illərdə Polşanın “Visla” klubunun formasını geyinib. İndi isə bu ölkənin yüksək liqasında çıxış edən “Qurnik”in Geryenin xidmətində maraqlı olduğu bildirilir. Amma futbolçunun “Qarabağ”la müqaviləsi olduğundan, polşalılar onu icarəyə götürə bilər.

 

Xatırladaq ki, Gerye “Qarabağ”a ötən yay “Alanyaspor”dan keçib.

17 Iyul 2018
16 Iyul 2018
B.eÇ.aÇC.aCŞB