TOP 10

Karateçilərimiz Serbiyadan 5 medalla qayıdırlar

Digər
Tarix: 2018-05-14 13:31

Serbiyanın Novi Sad şəhərində keçirilən karate üzrə 53-cü Avropa çempionatına yekun vurulub. Sport24.az xəbər verir ki, yarışda Azərbaycanı müxtəlif çəki kateqoriyalarında, həmçinin fərdi kata və komanda kata dərəcələrində 17 idmançı təmsil edib.


Nuranə Əliyeva (-50 kq), Roman Heydərov (kata) bürünc medal qazanıblar.


Şahin Atamov (+84 kq), İrina Zaretski (-68 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.


Rafael Ağayev isə 11-ci dəfə qızıl medal qazanaraq Avropa Çempionu adını qazanıb.
 

20 May 2018
19 May 2018
B.eÇ.aÇC.aCŞB