TOP 10

Olimpiya və dünya çempionumuz ikiqat Avropa çempionu oldu

Digər
Tarix: 2018-05-13 23:00

Azərbaycan yığması Rusiyanın Kazan şəhərindəki taekvondo üzrə Avropa çempionatında növbəti medalını qazanıb. Sport24.az xəbər verir ki, 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev qitə birincilyinin qalibi olub.

 

Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu adını qazanıb. İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib. Onun hesabında dünya və Olimpiya çempionluğu da var.

 

Qeyd edək ki, Kazandakı Avropa çempionatında daha əvvəl Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

16 Oktyabr 2018
15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB