TOP 10

Avropa Kubokunda "Qəbələ" finalı

Cüdo
Tarix: 2018-05-13 15:18

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa Kuboku keçirilir. Sport24.az xəbər verir ki, uarış Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçiləri üçün uğurlu alınıb. Kişilərin 60 kq çəki dərəcəsində finalda klubumuzun iki üzvü qarşılaşıb.

 

Mehman Sadıqov həlledici görüşədək rusiyalılar Şaxzod Amonov, Obid Dzebov, fransalı Yolan Florimont və daha bir meydan sahibi İvan Dolqixə qalib gəlib. Kəramət Hüseynov finaladək rusiyalılar Danila Kurtaşov, Sergey Abian, Dmitri Kulikov və Baxriddin Muminovla qarşılaşıb. Avropa kubokundakı “Qəbələ” finalında isə Sadıqov ipponla qalib gələrək qızıl medala yiyələnib.

 

17 Iyul 2018
16 Iyul 2018
B.eÇ.aÇC.aCŞB