TOP 10

Elxan Məmmədov: “Apellyasiya üçün verilən 10 gün vaxt ərzində heç nə dəyişə bilməz”

Futbol
Tarix: 2018-05-13 13:01

“Kəpəz”ə lisenziya müvafiq komissiyaya müraciət etdikləri üçün verilib. Lisenziyanı əziyyət çəkərək, hüquqi baxımdan alıblar”. 

 

Sport24.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov Lisenziya Komissiyasının qərarını şərh edərkən deyib. Milli assosiasiya rəsmisi Gəncə komandasının gələn mövsüm Azərbaycan Premyer Liqasında çıxış etməyəcəyinə işarə vurub: “İdman prinsiplərinə uyğun olaraq, axırıncı yeri tutan komanda Premyer Liqadan I Diviziona getməlidir”. 

 

Baş katib “Kəpəz”in qalması və I Divizionun qalibi “Xəzər”in də gəlişi ilə 10 komandalı Premyer Liqa mümkündürmü" sualını isə belə cavablandırıb: “Açığı, I Divizion komandaları bütün sənədləri təqdim etməyiblərsə, apellyasiya üçün verilən 10 gün vaxt ərzində heç nə dəyişə bilməz”. 

 

Qeyd edək ki, AFFA-nın Lisenziya Komissiyası “Qarabağ”, “Qəbələ”, “Neftci”, “Sumqayıt”, “Zirə”, “Keşlə”, “Səbail” və “Kəpəz”lə yanaşı, I Diviziondan “Sabah” klubunun gələn mövsüm Premyer Liqada iştirakı üçün lisenziya verib. Əvəzində aşağı liqanın qalibi “Xəzər” klubu elitada çıxış etmək üçün lisenziya ala bilməyib.  
 

(report.az)

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB