TOP 10

“Bakı Marafonu-2018”-in qalibləri bəlli oldu

Digər
Tarix: 2018-05-13 12:30

Bu gün Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən ənənəvi “Bakı Marafonu” baş tutub. Sport24.az xəbər verir ki, qadınlar arasında birinci yeri türkiyəli Fatimə Çelik tutub. 


O, 1 saat 17 dəqiqə 55 saniyə göstərici ilə finişə birinci çatıb. Ukraynalı Valentina Paltovska ikinci, rusiyalı Anastasiya Petrova üçüncü olub.


“Bakı Marafonu-2018”in kişi qalibi isə ukraynalı İqor Olifirenko olub. O, 1 saat 5 dəqiqə 46 saniyə göstərici ilə 21 km məsafəni hamıdan tez qət edib. 


İranlı Məhəmməd Cəfər Muradi 1 saat 8 dəqiqə 8 saniyə göstərici ilə ikinci, türkiyəli Ömər Alkanoğlu isə 1 saat 11 dəqiqə 19 saniyə göstərici ilə üçüncü olub.
 

16 Oktyabr 2018
15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB