TOP 10

"Kəpəz"in futbolçusuna çoxlu təklif var: "Komanda qalacaqsa, hamımız qalıb oynamaq istəyirik"

Futbol
Tarix: 2018-05-13 12:12

"Kəpəz"in futbolçusu Şəhriyar Əliyev Topaz Premyer Liqasının XXVII turunda "Zirə"yə səfərdə 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra Sport24.az-a müsahibə verib. Müdafiəçi öncə matç haqda fikirlərini bildirib. 

 

- Bəzi söz-söhbətlər var idi ki, bəs komandanın motivasiyası aşağıdı. Düzdür, mövsümün sonudu, amma necə mübarizə apardığımızı hər kəs gördü. Sadəcə,səhvlərimizdən məğlub olduq.

 

- Qırmızı vərəqə epizodu ilə bağlı nə deyə bilərsən? Duriçin sizə zərbə endirməsinə nə səbəb oldu?

- Hər şey oyun epizodu zamanı baş verdi və toqquşduq. O da çevrilib mənə başla zərbə endirdi. Ümumiyyətlə, hakimin verdiyi qərarı müsbət qiymətləndirirəm.

 

- Premyer Liqanı tərk etməyinizlə bağlı nə deyə bilərsən?

- Biz də çox şey istəyirik. Görək də, mövsümün sonudu.

 

- Komandadan getməyi düşünürsənmi, yoxsa qalıb birinci divizionda oynamağı?

- Komanda burada qalacaqsa, hamımız qalıb oynamaq istəyirik. Hər şey qarşıdakı günlərdə müəyyən olacaq.

 

- Deyilənə görə, ölkə xaricindən sizə təkliflər var.

- Təkliflər hər yerdən olur. İstər ölkə xaricindən, istərsə də yerli komandalarımızdan. Sadəcə, çempionatın sonunu gözləyirik. İnşallah, hər şey yaxşı olacaq.

 

ƏKBƏR AĞAZADƏ

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB