TOP 10

Almaniya millisinin həkimi Bakıda seminar keçirdi: O, yerli həkimlərin bilik səviyyəsindən razılıq ifadə etdi

Futbol
Tarix: 2018-05-12 23:56

Futbol üzrə Almaniya milli komandasının həkimi Klaus Eder 9-10 may tarixlərində Bakıda seminar keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis yerli həkimlərə diz, çanaq, topuq, bud və bel zədələrindən danışıb. O, tədbirin sonunda yerli həkimlərin bilik səviyyəsindən razı olduğunu bildirib.

 

Tədbirdə Topaz Premyer Lİgasında çıxış edən klubların həkimləri və həmçinin yerli federasiyaların həkimləri iştirak ediblər. Tədbir AFFA-nın baş sponsorluğu, BTL və “Olimp Sport Nutrion” şirkətlərinin dəstəyi ilə təşkil olunub. Tədbirin təşkilatçısı isə 3R Sports Management şirkəti olub

22 Sentyabr 2018
21 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB