TOP 10

Aqollinin "Qarabağ"dakı taleyinə aydınlıq gəlməyib: "Qalmaq istəyirəm, ancaq hələ ortada konkret bir şey yoxdu"

Futbol
Tarix: 2018-05-12 23:41

“Qarabağ”ın albaniyalı legioneri Ansi Aqollinin taleyinə hələ aydınlıq gəlməyib. Sport24.az xəbər verir ki, sol cinah müdafiəçisi bu haqda Topaz Premyer Liqasının XXVII turunun “Keşlə” ilə oyunundan (0:3) sonra jurnalistlərə açıqlamasında bildirib. Ansi son 8 ildə şərəfini qoruduğu klubla danışıqlar davam etdiyini söyləyib: “Qarabağ”ı çox sevirəm. O, mənə doğmadı. Burda hər şey məni qane edir. Ona görə də qalmaq istəyirəm. Klubla müəyyən danışıqlarımız olub. Amma hələ ortada konkret bir şey yoxdu. Bütün suallara mövsümün sonunda aydınlıq gələcək”.

 

Xatırladaq ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünən mətbuata açıqlamasında Aqolli və ispaniyalı yarımmüdafiəçi Dani Kintana ilə müqavilə müddətini uzatmaq üçün danışıq apardıqlarını bildiirb. 
 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB