TOP 10

Samir Abasov: “Gizlətdiyim hər şeyi sizə açıqlayacağam”

Futbol
Tarix: 2018-05-12 21:47

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 27-ci tur matçından sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 40 yaşlı mütəxəssis matçla bağlı kəskin fikirlər səsləndirib:


- Deyiləsi bir şey yoxdu. Nə deyəcəyimi bilmirəm. Hər şeyi özünüz gördünüz. Qolları vura bilmədik. Vura bilmək üçün ürək lazımdı. Belə görüşlərdə topla birgə tora girmək lazımdı. Oyunçunun keyfiyyəti lazımi anda hər şeyi örtür. 32-33 yaşlı adama ötürmə verməyi öyrədə bilmərəm. Oyun keyfiyyəti budu. Siyasət dəyişməsə, belə davam etsə, 5-ci yeri tutsaq, əla olar deyirlərsə, bu komandadan bir şey gözləməyə dəyməz. Kimlərsə, Amil Yunanov niyə oynamadı deyəndə, hücumçuya xas keyfiyyətdə oyun göstərsə, onda nə gəldi deyərsiz. Futbolçularımız Birinci Divizionda çürüyərdilər. 11 legioner verərdilər, onda görərdiniz ki, bu futbolçuların yeri haradı. Budu bizim Azərbaycan futbolu. Əfsuslar olsun ki, Dabomuz, Almeydamız yoxdu. "Kəpəz", "Səbail" və "Qəbələ" ilə oyunlarda yaxaladığımız qollardan yararlansaydıq, indi avrokuboklarda idik. Bu, düzgün olmayan strategiyanın badına şəhərimiz getdi. 


- "5-ci yerdə olsanız, əla nəticə sayılar" sözlərini kim demişdi?
- Klubumuzun keçmiş prezidenti Kamran Quliyev mövsümün əvvəlində dedi ki, komandanın potensialı 6-cı yerdi. 5-ci yeri tutsaq, sevinəcəyik. Mən isə dedim ki, var qüvvəmizlə avrokuboklar üçün çalışacağıq. Lakin meydanda oynayan mən deyiləm. 


- Lisenziyalaşdırma Qrupunun verdiyi qərar bugünkü nəticələrə necə təsir etdi?
- İcraiyyə Komitəsi mayın 20-dən sonra olsaydı, nə olacaqdı? "Kəpəz" gedib "Neftçi" ilə necə oynasın? 2 turdan sonra nə qərar verirsinizsə, verin də... Niyə bizimlə oyundan əvvəl bu qərarı verirsiz?


- Klubun strategiyasından narazılığınızı bildirdiz. Amma digər tərəfdən, müqavilənizi uzardığınıza dair xəbərlər yayılıb...
- 1 turdan sonra hər şey bəlli olacaq. İndi deyəcəyim hər bir söz futbolçularıma mənfi təsir edə bilər. Son oyunumuzdan sonra sizdən gizlətdiyim hər şeyi sizə açıqlayacağam. 


- Son turda nə baş verəcək?
- Nə olacaqsa, olacaq. 


- "Zirə" ilə son tur matçına hansı motivasiya ilə çıxacaqsız?
- Həyatında birinci dəfə Avroliqaya düşmək futbolçu üçün motivasiya deyil? Əlimizdən gələni edəcəyik ki, "Zirə"yə qalib gələk. 


- Konkret, hansı futbolçulardan gözlədiyinizi ala bilmirsiz?
- Sona 2 tur qalmış Lisenziyalaşdırma Qrupunun belə qərar verməsi nə üçündü? Bizim oyunu saat 4-ə - istiyə salırsız. Qol vura bilmirlərsə, kimi günahlandırım?

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB