TOP 10

Tərlan Əhmədov: “Nəticədən razı, oyundan narazıyam”

Futbol
Tarix: 2018-05-12 21:24

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 27-ci turunda "Səbail”i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, mətbuat konfransında bunları söyləyib:


- Komandamı, fanatları təbrik edirəm. Uzun məsafə qət edib, bizə dəstək oldular. 8 aylıq işimin bəhrəsini görməyə çalışıram. 3-cü yerə şansımız varsa, bundan yararlanmaq istəyirik. Oyundan razı qalmadım. İstədiyim futbolu görə bilmədim. Amma nəticədən razı qaldım. Sadəcə, kompakt oyundan məmnun qaldım. Hər halda təzyiq də var. Komanda 3-cü yer uğrunda yarışır. Komandanı qəbul edəndə 1 xalımız var idi. Bu gün qələbə bizə lazım idi.


- Digər oyunların nəticəsi ilə maraqlınırdınızmı?
- Xeyr. Bu gün bütün rəhbər işçilərə qadağa qoymuşdum ki, başqa oyunların nəticəsi komandaya bildirilməsin. Yalnız öz oyunumuza köklənmişdik. Rəqib düşərgələrdə baş verənlər mənim üçün qapalı idi.


- Son vaxtlar tez-tez söz-söhbətlər çıxır. Bu, sizin komandanın hazırlığına təsir edirmi?
- Bu gün nəticə varsa, deməli, təsir etmir. Komandanı qəbul edəndə deyirdilər ki, bütün futbolçuları göndərmək lazımdı. İki şeyi heç vaxt deməmişəm: bu komanda mənimdi və mənə vaxt verin. Bu futbolçularla oynadım. Təzyiqlərin çox olacağını da bilirdim. Qələbə qazandıqca da bu təzyiqlər artır. Başda mən olmaqla bütün futbolçular hansı klubda çalışdıqlarını dərk edirlər.

22 May 2018
21 May 2018
B.eÇ.aÇC.aCŞB