TOP 10

Samir Əliyev: “Əsəblərimə hakim ola bilmədim”

Futbol
Tarix: 2018-05-12 21:18

"Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 27-ci turunda "Neftçi”yə 1:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib. Sport24.az xəbər verir ki, o, oyundan sonra mətbuat konfransında bunları söyləyib:


“Uduzmaq istəmirdik. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Futbolçularıma narazılığım yoxdu. Bacarıqlarını göstərdilər. İki komandanı müqayisə etdikdə, "Neftçi”nin ehtiyatda oturan 4 oyunçusunun məvacibi bizim ümumi komandanın məvacibindən çoxdu”.


Əliyev ilk hissənin sonlarında texniki zonadan qovulmasına da münasibət bildirib: "Hakimlər barədə danışmaq istəmirəm. Şəxsi fikrim belədi ki, bugünkü hakimlər briqadasının səviyyəsi budu. Əlbəttə, əsəblərimə hakim ola bilmədim. Haqlı olaraq da texniki zonadan qovuldum”.
 

22 May 2018
21 May 2018
B.eÇ.aÇC.aCŞB