TOP 10

8 karateçimiz Mərakeşə gedir

Digər
Tarix: 0000-00-00 00:00

Milli komandamızın üzvləri 14-16 aprel tarixlərində Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının növbəti Karate 1 Premyer Liqa turnirində iştirak edəcək. Sport24.az xəbər verir ki, yarışa 8 idmançımız yollanır.

 Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (87 kq) və Asiman Qurbanlı (+84 kq), qadınlarda isə İrina Zaretska (-68 kq) və Dorota Balsiarova (kata) Mərakeşdə mübarizə aparacaq.

Qeyd edək ki, yarışa 47 ölkədən 547 idmançı qatılacaq.

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB