TOP 10

"Dopinqdən istifadə edən idmançını da, onun məşqçisini də..." - Türkiyəli nazir

Digər
Tarix: 0000-00-00 00:00

"Dopinqdən istifadə edən idmançını da, onun məşqçisini də ağır cəzalandıracağıq ". Sport24.az xəbər verir ki, bunu Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç deyib.  Eşitmə Əngəllilərin Yay Oyunları təşkil olunacaq Samsunda media mənsublarının müvafiq suallarını cavablandıran nazir bunları qeyd edib: "Mən demirəm ki, bu gün bizim idmançılardan dopinq tapıla bilməz. Sadəcə, yaxşı bilirlər ki, bu halda onları nələr gözləyir. Radikal vəziyyətlər radikal şərtlər gətirir".

Kılıç bildirib ki, artıq dopinqlə mübarizədə Türkiyə örnək halına gəlib: "Son dörd ildə görülən işlərə baxın, bu gün dopinqlə mübarizədə hər kəs bizi nümunə göstərir. Çox şükür ki, idmançılarımız "Rio-2016"-dan təmiz çıxdı. Mən inanıram ki, onlardan heç vaxt dopinq çıxmayacaq. Çünki onları bu yöndə çox güclü təlimatlandırmışdıq".

Qeyd edək ki, Türkiyə dopinq səbəbi ilə Pekin və London Olimpiadalarında birlikdə qazandığı medalların altısından məhrum edilib.

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB