TOP 10

AGF-də 1-ci vitse-prezident dəyişikliyi: Umudov getdi, Əliyev qayıtdı

Güləş
Tarix: 2018-05-10 20:33

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində dəyişiklik baş verib. Sport24.az xəbər verir ki, Namiq Əliyev yenidən Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti vəzifəsinə təyin olunub.


Bu barədə bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Güləş Federasiyasının seçki konfransında nazir Azad Rəhimov məlumat verib.


Rəhimov Namiq Əliyevin yenidən güləş federasiyasına dəvət olunduğunu və 1-ci vitse-prezident vəzifəsində çalışacağını diqqətə çatdırıb.


Bu vaxta qədər 1-ci vitse-prezident postunu tutan Firdovsi Umudov isə milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti postunda çalışacaq.


Qeyd edək ki, Namiq Əliyev federasiyanın hazırkı prezidenti Fazil Məmmədovun qudası olub. Lakin ötən ilin sonlarında Əliyev Məmmədovun əmri ilə federasiyada vitse-prezident postundan çıxarılmışdı.

17 Iyul 2018
16 Iyul 2018
B.eÇ.aÇC.aCŞB