TOP 10

Patimat Abakarovadan AÇ-də bürünc medal

Digər
Tarix: 2018-05-10 19:47

Patimat Abakarova taekvondo üzrə Avropa Çempionatında bürünc medala sahib olub. Sport24.az xəbər verir ki, bu gün Rusiyanın Kazan şəhərində başlanan böyüklər arasında qitə çempionatında 49 kq çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçumuz Patimat Abakarova bolqar və rusiya təmsilçisini məğlub edərək yarımfinala vəsiqə qazansa da, növbəti rəqibini keçə bilməyib. Xorvatiyalı idmançıya məğlub olan həmyerlimiz yarışı bürünc medalla başa vurub.


Digər taekvondoçularımızdan Qaşım Maqomedov (-58 kq) böyük britaniyalı idmançını yarışdan kənarlaşdırsa da ispan rəqibini məğlub edə bilməyib. Xanoğlan Kərimov (-54 kq) və Fatemeh Şabannia Mansour (-46 kq ) isə ilk qarşılaşmadan məğlub ayrılıb.
 

16 Oktyabr 2018
15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB