TOP 10

"Neftçi"nin sabiq legioneri: "Tərlan Əhmədovla aramdakı problemlər ordan getməyimə səbəb oldu"

Futbol
Tarix: 2018-05-10 10:26

“Neftçi” azarkeşləri haqqında həmişə yaxşı düşünmüşəm. Mənim üçün ideal idilər. Onlar haqqında çox danışmaq olar. Xoş xatirələrlə ayrıldım". Bu fikirləri Sport24.az-a açıqlamasında "Neftçi"nin ispaniyalı sabiq legioneri Daniel Seqoviya bildirib.

 

Qış fasiləsində "ağ-qaralar"la yollarını ayıran hücumçu deyib ki, onu komandadan baş məşqçi Tərlan Əhmədov göndərib: "Bu "şəxs" haqqında çox danışmaq lazım deyil. Mətbuat onun haqqında nə yazırdısa, düz idi. Tərlan Əhmədovla aramdakı problemlər ordan getməyimə səbəb oldu. Onsuz da media bundan xəbərdar idi. Nə yazırdılarsa, tam doğrudu”.

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB