TOP 10

"Qəbələ"nin təmsilçisi dünya çempionu kəməri uğrunda döyüşəcək

Digər
Tarix: 2018-05-05 09:44

Bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş MMA üzrə beynəlxalq turnir keçiriləcək. Sport24.az xəbər verir ki, MMA GEFC Global (Grand European Fighting Championship) çərçivəsində təşkil olunan turnirdə 11 döyüş baş tutacaq. “Elektra Events Hall”da keçiriləcək turnirdən bir gün öncə ənənəvi çəki mərasimi təşkil olunub. Tədbir “Park Bulvar”da keçirilib.

 

“Qəbələ” İdman Klubunun iki təmsilçisi bu gün baş tutacaq döyüşlərdə qüvvəsini sınayacaq. 70 kq çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev Qazaxıstan idmançısı Aybek Nurseitlə qarşılaşacaq.

 

“Qəbələ”nin digər təmsilçisi Bəxtiyar Abbasov isə gecənin əsas döyüşündə çempionluq kəməri uğrunda mübarizə aparacaq. 84 kq çəki dərəcəsində çıxış edən idmançımız günün son qarşılaşmasında braziliyalı Joze Eudes Tavareslə üz-üzə gələcək. Bu döyüşün qalibi MMA GEFC dünya çempionu tituluna yiyələnəcək.

 

Xatırladaq Ki, turnir saat 19:00-da başlayacaq.

 

23 May 2018
22 May 2018
B.eÇ.aÇC.aCŞB