TOP 10

“Avropa Liqasında yalnız çempionluq uğrunda mübarizə aparacağıq”

Voleybol
Tarix: 2018-05-04 21:45

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası üçün aprelin 15-dən başladığı hazırlığı Sloveniyada davam etdirir. Sport24.az xəbər verir ki, artıq Mariborda olan Faiq Qarayevin yetirmələri mayın 16-dək Sloveniyada təlim-məşq toplanışında olacaq.

Voleybolçularımız hazırlığın gedişində bir neçə yoxlama matçı da keçirməyi planlaşdırır. Bu rəqiblər sırasında Slovakiya, Sloveniya, Avstriya və Xorvatiya kimi rəqiblər var.


Komandamızın hücumçusu Yelizaveta Səmədova hazırlıq prosesini dəyərləndirib. O, federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:


“Bakıdakı təlim-məşq toplanışı uzun çəkdi. Baş məşqçi bəzi oyunçulara mövsümdən sonra istirahət vermişdi, bəziləri isə ümumiyyətlə, paytaxta gəlməmişdi. Artıq Sloveniyaya yollanmışıq. Hazırlığın əsas mərhələsi də burada başlayır. İtaliyada, A seriyasında həqiqətən də meydanda az vaxt keçirdim. Amma bunun oyun formamı itirdiyimə səbəb olduğunu düşünmürəm. Onsuz da millinin toplanışında intensiv məşqlər keçiriləcək. Hər oyunçu, o cümlədən mən hazırlıq prosesində nəyin üzərində xüsusi çalışmalı olduğumuzu bilirik. Qızıl Avropa Liqasında hədəflərimiz yüksəkdi. Yalnız çempionluq uğrunda mübarizə aparacağıq”.
 

19 Sentyabr 2018
18 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB