TOP 10

Taekvondo yığmamızın AÇ üçün heyəti açıqlandı

Digər
Tarix: 2018-05-04 16:02

Taekvondo üzrə böyüklərdən ibarət millimiz növbəti Avropa çempionatına qatılacaq. Sport24.az xəbər verir ki, 10-13 may tarixlərində Rusiyanın Kazan şəhərində keçiriləcək 23-cü Avropa çempionatında iştirak edəcək milli komanda mayın 7-də yola düşəcək.


Çempionat öncəsi isə Azərbaycan Taekvondo Federasiyasının inzibati binasında böyüklərdən ibarət milli yığma komanda ilə görüş keçirilib. İclasda federasiyanın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədov iştirak edib.


Komandanı salamlayan Nağı Səfərov və Niyaməddin Paşayev millinin İsveçrənin Montrö şəhərində keçirilən son Avropa çempionatında Milad Beigi Hərçəqaninin qızıl, Patimat Abakarovanın gümüş, Payam Qobadi Oğazın bürünc medal qazanaraq uğurlu çıxışını xatırladıb. Onlar bu dəfə də idmançılarımızın uğur qazanacaqlarına inandıqlarını vurğulayaraq, milli üzvlərinə bol şanslar arzulayıblar.


Kazanın "Ak Bars" idman arenasında təşkil edilən qitə çempionatında ölkəmizi təmsil edəcək komandanın heyəti də açıqlanıb. Millimiz Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Avropa çempionatına 15 taekvondoçu ilə yollanır. Belə ki, baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Rəşad Əhmədovun yetirmələrindən Xanoğlan Kərimov (-54 kq), Qaşım Maqomedov (-58 kq), Xanrul Fətullayev (-63 kq), Məhəmməd Məmmədov (-68 kq), Səid Quliyev (-74 kq), Milad Beiqi Hərçəqani (-80 kq), Ramin Əzizov (-87 kq), Radik İsaev (+87 kq) mübarizə aparacaq.


Qadınların baş məşqçisi Elnur Amanov isə Fatemeh Shabannia Mansour (-46 kq), Patimat Abakarova (-49 kq), Sahar Kargar (-53 kq), Mahtap Kiyanichandeh (-57 kq), Fəridə Əzizova (-67 kq), Elvarə Cəlilova (-73 kq) və Zahra Fazel Kalkhorana (+73 kq) şans verib.


Beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev də Avropa çempionatında ölkəmizi təmsil edəcək. Komandamız mayın 14-də vətənə dönəcək.
 

23 May 2018
22 May 2018
B.eÇ.aÇC.aCŞB