TOP 10

Millimiz Avropa çempionatına bu heyətlə yollanır

Digər
Tarix: 2018-05-04 13:56

Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi 9-14 may tarixlərində Serbiyanın Novi Sad şəhərində keçiriləcək 53-cü Avropa çempionatına yola düşən milli komandanın heyəti ilə görüşüb. Sport24.az xəbər verir ki, federasiya prezidenti Yaşar Bəşirov qarşıdakı məsul yarışda yüksək nəticə göstərməyin vacibliyini diqqətə çatdıraraq, karateçilərə bəslənən ümidlərin doğrulacağına inandığını bildirib. 


Təşkilatın rəhbəri ilə birgə çıxışlarda 1-ci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, idarə heyətinin üzvləri Füzuli Musayev, baş hakim Cahangir Babayev, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov komandaya uğurlar arzulayıb.


Kişilərdən ibarət milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev, qadınların baş məşqçisi Anar Allahverdiyev, kata üzrə baş məşqçi Vahid Ayvazov təlim-məşqlərin lazımi səviyyədə keçdiyindən danışaraq, idmançıların məsul yarışa hazır olduqlarını söyləyib. Qurban Tağıyev, Seymur Hüseynov, və Rəşad Hüseynovun da daxil olduğu milli komandanın məşqçilər heyəti 17 idmançının qiə çempionatında iştiak etməsini məqbul sayıb.


Fərdi yarışlarda Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcək. Komanda kumite yarışlarında Turqut Həsənov, Asiman Qurbanlı və Rafiz Həsənov da əsas heyətə qatılacaq. Qadınlar isə eyni heyətlə komanda çıxışlarında mübarizə aparacaq. Komanda kata yarışlarında Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdən ibarət heyət tatamiyə çıxacaq.


Mayın 9-da Avropa Karate Federasiyasının (EKF) növbəti Konqresi keçiriləcək. EKF İdarə heyətinin üzvü Y.Bəşirov, vitse-prezident R.Hətəmov və baş katib M.Seyidov konqresdə iştirak edəcək. 


Avropa çempionatına 52 ölkədən 532 idmançı qatılacaq. Beynəlxalq hakimlər Cahangir Babayevlə Vüqar Hüseynov da yarışın hakimləri arasında olacaq. Milli komanda “Adidas” şirkətinin yeni geyim dəstələri ilə təmin olunub. Avropa çempionatında Azərbaycan Milli Karate Federasiyası heyətinin iştirakı Azərbaycan Respublikası Gənclər və İdman Naziriliyi, “Smart Scoring” şirkətinin dəstəyi ilə baş tutacaq.

19 Noyabr 2018
18 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB