TOP 10

Millimizin Sloveniyaya yollanacaq heyəti açıqlandı

Voleybol
Tarix: 2018-05-03 14:34

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası üçün aprelin 15-dən başladığı hazırlığı Sloveniyada davam etdirəcək. Sport24.az xəbər verir ki, yığmamız Maribora bu gün yollanacaq.

 

Faiq Qarayevin yetirmələri mayın 16-dək Sloveniyada təlim-məşq toplanışında olacaq. Voleybolçularımız hazırlığın gedişində bir neçə yoxlama matçı da keçirməyi planlaşdırır. Bu rəqiblər sırasında Slovakiya, Sloveniya, Avstriya və Xorvatiya kimi komandalar var.

 

Təlim-məşq toplanışına komandamız aşağıdakı heyətlə yollanacaq:

 

Toppaylayıcılar: Şəfaqət Alışanova, Yana Əzimova;

 

Blokçular: Aynur İmanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova;

 

Hücumçular: Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Anastasiya Bessonova, Marqarita Əzizova;

 

Liberolar: Ceyran İmanova, Bəyaz Əliyeva, Yuliya Kərimova.

 

 

 

 

 

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB