TOP 10

Dünya Güləş Birliyinin prezidenti Olimpiya Güləş Mərkəzində

Güləş
Tarix: 2018-04-29 14:41

Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ölkəmizdə səfərdədir. Sport24.az xəbər verir ki, səfər çərçivəsində qonaq yığma komandalarımızın təlim-məşq bazası - Olimpiya Güləş Mərkəzində olub. 


Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Firdovsi Umudov DGB prezidentinə Olimpiya Güləş Mərkəzi və burada yaradılan şərait barədə məlumat verib. Firdovsi Umudov bildirib ki, Olimpiya Güləş Mərkəzi daim idmançılara dəstək göstərən dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi idman siyasətinin tərkib hissəsidir. Dünyanın ən böyük təlim-məşq bazalarından biri olan Olimpiya Güləş Mərkəzində yerləşdirilmiş 14 güləş xalçasında eyni zamanda hər üç güləş komandasının məşq etmək imkanı var. Olimpiya Güləş Mərkəzi idmançıların hazırlıq prosesi üçün bütün lazımi infrastrukturla, məşq ləvazimatları, trenajorlarla təchiz olunub. 2012-ci ildən etibarən Azərbaycan güləş yığma komandaları ilə yanaşı, dünyanın aparıcı güləş ölkələrinin komandaları da burada təlim-məşq toplanışları keçir. 


Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç idmançıların beynəlxalq arenada əldə etdiyi nailiyyətlərin kökündə yüksək hazırlıq şəraitinin olduğunu və bu baxımdan Azərbaycan güləşçilərinin şanslı olduğunu deyib:


"Azərbaycan Güləş Federasiyasının belə bir təlim-məşq bazasına sahib olması Dünya Güləş Birliyi olaraq bizi çox məmnun edir. Azərbaycan qədim güləş ənənələrinə malik bir ölkədir. Ölkənizdə idmana, xüsusən güləşə böyük maraq var. Biz Azərbaycan Güləş Federasiyasının Dünya Güləş Birliyindəki mövqeyini yüksək qiymətləndiririk. Güləşçilərinizin daim yüksək əyarlı medallara iddialı olması məhz ölkə rəhbərliyi və Federasiya tərəfindən yaradılan şəraitdən qaynaqlanır." 


Məlumat üçün bildirək ki, ölkəmizdə səfərdə olan Nenad Laloviç sabah Rusiya Federasiyasının Kaspiysk şəhərində start götürəcək güləş üzrə böyüklər arasında Avropa çempionatına yola düşəcək.

23 May 2018
22 May 2018
B.eÇ.aÇC.aCŞB