TOP 10

Cüdoçumuz AÇ-nin finalında erməniyə uduzdu

Cüdo
Tarix: 2018-04-27 19:27

İsrailin Tel-Əviv şəhərində cüdo üzrə Avropa çempionatı keçirilir. Sport24.az xəbər verir ki, yarışın ilk günü cüdoçularımızdan ən yaxşı nəticəni 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov göstərib. 


Xorvatiya, İsrail, Portuqaliya təmsilçilərinə qalib gələn Orxan yarımfinalda Sloveniya, 3-cü yer uğrunda görüşdə isə Belarus cüdoçusuna uduzaraq 5-ci yeri tutub. Bu çəkidə yarışan digər idmançımız Nicat Şıxəlizadə isə qitə çempionatında 7-ci yerdə qərarlaşıb. Yarışın ilk günündə mübarizə aparan qadın cüdoçularımız isə ilkin mərhələdə rəqiblərinə məğlub olublar.


İkinci yarış günündə isə Azərbaycan millisi aktivinə bir medal yazdırıb. 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov Avropa çempionatında gümüş medala layiq görülüb. Ukrayna, İsveçrə, Kosovo və Belarusdan olan rəqiblərinə qalib gələn cüdoçumuz finalda Ermənistan idmançısı Ferdinand Karapetyana iki vazari fəndi ilə uduzub. Bu çəkidə yarışan digər cüdoçumuz Rüstəm Orucov ilkin mərhələdə uduzaraq medalsız qalıb.

17 Iyul 2018
16 Iyul 2018
B.eÇ.aÇC.aCŞB