TOP 10

Maqnus Karlsen: “Qələbə qazansam da, oyunumdan razı qalmadım”

Şahmat
Tarix: 2018-04-26 22:36

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2018 superturnirin 7-ci turunda dünya çempionu Maqnus Karlsen Bolqarıstan təmsilçisi Veselin Topalovu məğlub edərək yarış cədvəlində liderliyə yüksəlib. Sport24.az xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen mətbuat konfransında oyunundan razı qalmadığını bildirib: 


“Bu oyuna çox ciddi hazırlaşmışdım. Debütdən sonra üstünlük əldə etdim və hücum qurmağa başladım. Rəqib diqqətli olsa da, müəyyən səhvləri oldu. Vəziyyəti nəzarətdə saxladığım üçün sona qədər qələbə uğrunda oynadım. Qələbə həmişə sevinc bəxş edir. Çox şad oldum. Sadəcə, oyundan razı qalmadım. Çoxlu səhv etdim. Gedişləri düzgün saysam da, gözləmədiyim oyunu izlədim. Bu qədər səhv etməli deyildim.


Bir qələbə turnir cədvəlində vəziyyəti dəyişsə də, ümumilikdə mübarizə davam edir. Son iki tur həlledici olacaq. Turnirdə dönüş yaratmağa çalışdım. Amma indidən 9 turdan sonra necə olacağını söyləmək çətindi. Məqsədim Şəmkir turnirində növbəti dəfə çempion olmaqdı".


Bolqarıstan şahmatçısı Veselin Topalov isə uduzmasını normal qəbul etdiyini söyləyib: "Maqnus çox yaxşı oynadı. Bir anlıq oyunu xilas edəcəyimə inam yarandı. Sadəcə, Karlsen imkan vermədi. Layiqli mübarizə sərgilədi. Uduzmağımı normal qəbul edirəm. Bununla belə 7 turdan sonra turnir cədvəlində vəziyyətim normaldı. Şəhriyar Məmmədyarov üzərində qələbədən sonra liderliyə yüksəlmişdim. İndi artıq Maqnus liderdi. Fikrimcə, yüksək yerlər uğrunda mübarizədən uzaqlaşmamışam. Son iki turda qələbə qazanmaq çox vacibdi".
 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB