TOP 10

Rauf Məmmədov: “Doğum günündə qələbə ən yaxşı hədiyyə olardı”

Şahmat
Tarix: 2018-04-26 22:29

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2018 superturnirinin 7-ci turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb. Sport24.az xəbər verir ki, partiyadan sonra Aniş Giri nəticənin oyuna görə olduğunu deyib:

"Əslində üstünlük qazanmışdım. Hədəf qələbə olduğu üçün sona qədər oynamaq istəyirdim. Rauf çox diqqətli olduğu üçün vəziyyət dəyişmədi. Ona görə heç-heçə qaçılmaz oldu. Bu nəticənin rəqibin ad günü olmasıyla əlaqəsi yoxdu. Təəssüf ki, qələbə qazana bilmədim. Qalib gəlsəydim, turnir cədvəlində vəziyyətim yaxşılaşacaqdı".


Azərbaycan şahmatçısı Rauf Məmmədov isə doğum günündə qələbə qazanmaq istədiyini bildirib: "Doğum günündə qələbə ən yaxşı hədiyyə olardı. Ardıcıl 7 tur heç-heçə etmişəm. Nəhayət, qələbə qazanmaq istəyirdim. Təəssüf alınmadı. Ad günündə təbrik edən dostlara təşəkkür edirəm. Üç il əvvəl ad günümdə Şəmkirdə Maqnus Karlsenə uduzmuşdum. 14 il əvvəl Anton Korobova qalib gəldim, vaxtı başa çatdığı üçün məğlub oldu. Bu gün isə Aniş üstünlük qazansa da, davam etdirə bilmədi. Sonda heç-heçə qeydə alındı. Fikrimcə, doğum günündə baş verənlər həmişə insana təsir edir. Xoş hadisələr sevindirir".
 

20 Iyul 2018
19 Iyul 2018
B.eÇ.aÇC.aCŞB