TOP 10

Məmmədyarov Rəcəbova qarşı

Şahmat
Tarix: 2018-04-26 15:54

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2018 superturnirində bu gün 7-ci tura start verilib. Sport24.az xəbər verir ki, bu gün yarışın iştirakçılarından biri - Azərbaycan təmsilçisi Rauf Məmmədovun 30 yaşı tamam olur.

Turun əvvəlində bu münasibətlə Rauf Məmmədovu təbrik edən Təşkilat Komitəsi milli komandanın şahmatçısına hədiyyə təqdim edib. Rauf öz ad günündə hollandiyalı Aniş Giri ilə mübarizə aparacaq.


Digər şahmatçılarımız – Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov isə bu turda bir-biri ilə qarşılaşacaq.


Shamkir Chess 2018
7-ci tur

26 aprel


Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Teymur Rəcəbov (Azərbaycan, 2748)
David Navara (Çexiya, 2745) - Dinq Liren (Çin, 2778)
Rauf Məmmədov (Azərbaycan, 2704) - Aniş Giri (Hollandiya, 2777)
Maqnus Karlsen (Norveç, 2843) - Veselin Topalov (Bolqarıstan, 2749)
Radoslav Voytaşek (Polşa, 2744) - Sergey Karyakin (Rusiya, 2778)


Turnir cədvəli: Topalov - 4 xal; Karlsen, Giri – 3,5; Karyakin, Məmmədov, Rəcəbov, Dinq - 3; Voytaşek, Məmmədyarov – 2,5; Navara - 2.
 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB