TOP 10

1 qızıl, 1 gümüş medal və 1 Olimpiya lisenziyası

Boks
Tarix: 2018-04-26 13:58

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə yekun vurulub. Sport24.az xəbər verir ki, Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.


Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) Avropa çempionu tituluna yiyələnib. Həmyerlimiz gərgin keçən final döyüşündə ukraynalı Tsras Bondarçuku 3:2 (29:28, 29:28, 27:30, 29:28, 27:30) hesabı ilə məğlub edib. Bu qələbə boksçumuza qızıl medalla yanaşı, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya da qazandırıb.


Yığmamızın 69 kq-dakı təmsilçisi Nicat Həsənov isə ikinci yerlə kifayətlənib. O, finalda rusiyalı Cambulat Bijamova 0:5 (27:30, 28:20, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olub.


Ölkəmiz 1 qızıl və 1 gümüş medalla oğlanlardan ibarət yığmaların komanda hesabında 6-cı yeri tutub.

19 Noyabr 2018
18 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB