TOP 10

Rauf Məmmədov: “Veselin Topalova görə futbola baxmadım”

Şahmat
Tarix: 2018-04-26 11:41

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2018 superturnirinin 6-cı turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov sabiq dünya çempionu Veselin Topalovla heç-heçə oynayıb. Sport24.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, partiyadan sonra Rauf Məmmədov maraqlı açıqlamalarıyla diqqəti cəlb edib: 


“Veselin Topalov dünyanın güclü şahmatçılarından biridi. Karyeramda ilk dəfə Topalovla şahmat taxtası arxasında üz-üzə gəldik. Bu tura qədər hətta blitsdə belə rəqib olmamışıq. İstirahət gününü Topalova qarşı hazırlaşmaqla keçirdim. Şahmatçılarla futbol oynamadım, hətta axşam Çempionlar Liqasına baxmadım. Oynadığı partiyaları yada salaraq səhv etməməyə çalışırdım. Şəmkirdəki partiya Dortmund turnirində Lekoya qarşı oyunu xatırlatdı. Fikirləşirdim ki, imkan tapan kimi mat edəcək. Heç-heçəni normal qəbul edirəm. Şəmkirdə reytinqə görə sonuncuyam, bununla belə bütün görüşlərdə layiqli mübarizə sərgiləməyə çalışıram".


Bolqarıstan təmsilçisi Veselin Topalov isə Rauf Məmmədovun vəziyyəti nəzarətdə saxladığını bildirdi: "Debütdən sonra üstünlük hiss olunurdu. Amma onu inkişaf etdirə bilmədim. Buna görə artıq gedişlər təkrar olunurdu. Bəlkə də düzgün gedişləri tapa bilmədim. Ümumilikdə 6 turdan sonra çıxışımdan razıyam. Bildiyiniz kimi, uzun müddət klassik şahmat oynamamışam. Hətta hazırlıq keçməmişəm. Ona görə Şəmkir turnirində yaxşı nəticələr mənim üçün sürpriz oldu. Altı turdan sonra ilk pillədə olacağımı düşünmürdüm. Qarşıdakı 3 tur həlledici olacaq. Yarışı ilk pillədə başa vurmaq istəyirəmsə, diqqətli olmalıyam".

19 Sentyabr 2018
18 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB